"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
U-13 liqa. "Turan Tovuz" - "Kəpəz" 2:0 | Facebook
“Kəpəz”lə “Turan Tovuz”un Azərbaycansayağı “yüksəliş”i - AzTodayTuran Muxtarlı İdman mediası qaydaların pozulmasına çəpik çalır AFFA Lisenziya Komissiyası növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün qapıları taybatay açıb, Gəncənin “Kəpəz”, Tovuzun “Turan Tovuz” komandalarına lisenziya verib. Bu, nə deməkdir? O deməkdir ki, artıq qarşıdakı futbol ilində “Kəpəz” və “Turan Tovuz” Premyer Liqada mübarizə aparacaq.
“Turan Tovuz” və “Kəpəz”ə Premyer Liqada iştirak üçün
“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi - Yenisabah.az
Turan Tovuz İK - Vikipediya
“Kəpəz” 32 xalla 7-ci, “Turan Tovuz” isə 27 xalla 10-cu yerdədir. Birinci divizionda mövsümün başa çatmasına isə cəmi iki tur qalıb. Yəni dünya dağılsa, günəş çaşıb gecə, ay gündüz çıxmağa başlasa da, nə “Kəpəz”in, nə də “Turan Tovuz”un birinci divizionda birinci yeri tutmaq şansı var. “Birincilər”in arasında birinci yeri 54 xal toplayan “Qaradağ Lökbatan” tutub və həm rəsmi, həm də qeyri-rəsmi şəkildə birinci divizionun çempionudur! Deməli… Oxuduqca söyməyəcəksizsə, deyim, Premyer Liqada oynamaq haqqı sadəcə “Qaradağ Lökbatan”ındır.
Pisdir? Suala birbaşa “hə, pisdir” cavabı versən, gəncəlilər və tovuzlular, elə, “Azərbaycanın bölgələrində futbol olmalıdır” deyibən imdad edən bakılılar, şəkililər, sumqayıtlılar, coratlılar, xudatlılar səni linç edərlər. Ona görə də, suala birbaşa cavab verməkdən yayınaq, acizanə şəkildə, yavaş-yavaş nəyin pis, nəyin yaxşı olduğunu izah etməyə çalışaq. Bu yazını yazmaq üçün barmaqlarım klaviaturanın düymələrini döyəcləyəndə Peşəkar Futbol Liqasının rəsmi saytına göz atıb, birinci divizionda komandaların turnir cədvəlindəki mövqelərinə baxdım.
“Turan Tovuz”” və “Kəpəz”in saytı niyə fəaliyyətə başlamır?
Bu, topun yumru, meydançanın düz olduğu bütün normal, sivil futbol ölkələrində belədir. Bu, futbolun yazılmış, yazılmamış qanunudur: çempion olan komanda daha yüksək liqaya birbaşa vəsiqə qazanır. Vallah da, billah da, bunu təkcə mən demirəm. Bunu FİFA deyir, UEFA deyir. Bunu FİFA prezidenti Canni İnfantino, UEFA-ya rəhbərlik edən Aleksander Çeferin deyir. Bunu futbolu az-çox bilən 70 yaşlı adam da bilir, 7 yaşlı uşaq da. “Kəpəz” və “Turan Tovuz” birinci divizionda 7-ci, 10-cu yeri tuta-tuta Premyer Liqada niyə oynamalıdır? Bölgə komandaları olduqları üçün? Bəs haqq-ədalət? Bəs hüquq? Bəs rəqabət? Bəs futbolun sadəliyi, gözəlliyi? “Kəpəz”lə “Turan Tovuz”un haqq etmədən Premyer Liqaya “vəsiqə qazanması” qədər adamı dəhşətə salan ölkənin idman mediasının hadisələrə baxışı, yanaşmasıdır. Sosial şəbəkədə əksər idman yazarları toy-bayram içindədir, “Urra, “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya qayıdır” paylaşımları edirlər.
"Turan Tovuz" "Kəpəz"i məğlub etdiBu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib. İlk oyun günündə bir görüş keçirilib. Uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandalar üz-üzə gəlib. "Turan Tovuz" öz meydanında "Kəpəz"lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. 9 sentyabr (cümə) 16:30. “Turan Tovuz” – “Kəpəz” - 2:0 Qollar: Runi Eva, 38, 77 pen. Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən RəcəbovTovuz şəhər stadionu 10 sentyabr (şənbə) 18:00. “Qəbələ” – “Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad ƏhmədovQəbələ şəhər stadionu 20:30.
Baxırsan, baxırsan, sonra bir daha baxırsan. Ki, bəlkə, gözlərim məni aldadır, bəlkə, işin yorğunluğundan hər şeyi baş-ayaq görürəm? Gözlərini silib, bir daha baxırsan. Yox e, idman mediası ciddi-ciddi “Kəpəz”lə “Turan Tovuz”a AFFA-nın qeyri-qanuni, futbolun bütün qaydalarına tüpürərək verdiyi “vəsiqə”ni bayram edirlər. İndi 21-ci əsrdir. Hər kəsin internet üzərindən dünyanı “gəzmək”, “dolaşmaq” imkanı var. İnternet bir yana, televiziya vasitəsi ilə İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Niderland çempionatlarını izləmək heç kim üçün çətin olmamalıdır. İzləmirlərmi, oxumurlarmı bu adamlar? Bu ölkələrin hansıda belə şeylər olur? Hansında aşağı divizionda 7-ci, 10-cu yerdə olan komandanı dartıb gətirib yüksək liqada oynadırlar? Hansı ölkədə illərlə aşağı divizionda komandalar oynayırlar, oynayırlar, yüksək liqaya çıxmırlar? Çıxanda da, bizdəki kimi, çempion komandanı yox, 7-ci, 10-cu yerdəkini çıxarırlar? Yoxdur belə bir nümunə.
“Turan” “Kəpəz”i məğlub yola saldı - MATC.AZ